turklehceleri.org

çörək

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

çörək

is.
1. Undan bişirilən qida məhsulu. Buğda çörəyi. Ağ çörək (buğda unundan bişirilən çörək). Qara çörək (qarabaşaq unundan bişirilən çörək). – Mirzənin zamanında bazarda ucuzluq idi; yaxşı qoyun ətinin girvənkəsi dörd qəpik, yağın pudu dörd manat, çörəyin girvənkəsi iki qəpik idi. Ə.Haqverdiyev. Ortalığa bal, çörək, şit yağ və xırda boşqablarda südlüsıyıq qoyuldu. Ə.Əbülhəsən.
2. məc. Ümumiyyətlə, yemək, xörək. Çörəyimi yenicə yeyib qurtarmışdım ki, qonşumuz Hüseyn salamsız dərviş kimi qapını açıb içəri girdi. Qantəmir. [Mərcan bəy:] Ağız, Minnət!.. Çörək yeyibsən? Ü.Hacıbəyov.
3. məc. dan. bax çörəkpulu. [Durna:] İstəyirdi, qardaşım kimi şəhərə gedib işləsin, bir az çörək qazansın.. C.Cabbarlı. ‣ Çörək kəsmək məc. – 1) dostluq etmək, yoldaşlıq etmək, dost olmaq; 2) çörək yemək, yemək yemək. [Qoca:] Əxilər məclisində səninlə bir süfrədə çörək kəsmişik ki, bala! Ə.Məmmədxanlı. Çörəyi dizinin üstündə – nankor, yaxşılıq itirən adam haqqında.

Pamukkale Azerbaijani to Turkish (ADT version)

çörək

ekmek


Last searches: