çiçək
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
çiçək
I. is.
1. bot. Çılpaqtoxumlu və örtülütoxumlu bitkilərin ləçək tacından və erkəkciklə dişicikdən ibarət çoxalma orqanı. Alma ağacı çiçəyi. Yasəmən çiçəyi. Sarı çiçək. – [Dilbərgilin] həyətlərindəki yasəmən, ərik, alça, albalı ağaclarının çiçəkləri ətrafa məstedici bir qoxu saçırdı. Ə.Sadıq.
2. Çiçəkləri olan bitki; gül. Gözəllər çiçək dərib, tər buxağa düzərlər.. Q.Zakir. Yer üzündə sevdiyim; Çiçəklərdi, çiçəklər. N.Xəzri. ‣ Çiçəyi çırtlamaq – sevinmək, şadlanmaq, sevincək olmaq. Gördüm ki, qızın çiçəyi çırtladı. S.Rəhimov. Bayaqdan bəri qəm dəryasında boğulan Salehin indi elə bil çiçəyi çırtlayırdı. Ə.Vəliyev. Gül gülü çağırır, çiçək çiçəyi – bax gül.
II. is. tib. Dəridə və selikli qişalarda qabarcıqlı səpgi və titrətmə-qızdırma şəklində təzahür edən ağır keçici xəstəlik. [Gülbadamın] uşaqlıqda çiçək mərəzinə mübtəla olmağı üzündən məlum edirdi! N.Nərimanov. Şaban gedəndən iki il sonra beş yaşında oğlu çiçəkdən öldü. Ə.Haqverdiyev. // dan. Həmin xəstəlikdən sonra dəridə və ya qoruyucu peyvəndin yerində qalan çatıqlar, batıqlar; çopur. • Çiçək çıxartmaq – çiçək xəstəliyinə tutulmaq. Çiçək (çiçəyini) döydürmək – çiçək xəstəliyinə qarşı peyvənd etdirmək. Dedim: – Oğlanə çiçək döydürək, övrət dedi: – Yox; Etiqad eyləmədim mən də o dərmanə, çiçək! M.Möcüz.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
çiçək
gül
{gül}
Pamukkale Azerbaijani to Turkish (ADT version)
çiçək
çiçek