turklehceleri.org

çeynəmək

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

çeynəmək

f.
1. Ağıza qoyulan bir şeyi dişlə qırmaq, əzmək, xırdalamaq, ovmaq. Ağzımda çörəyi çeynəyib bəzən; Xırdacaxırdaca yemlərdim onu. S.Vurğun. Beşi də böyrünü yerə vermiş, yenicə bitmiş qırxbuğumludan qıraraq ağızlarına qoyur və çeynəyirdilər. Ə.Vəliyev. // Dişləri ilə kəsmək, gəmirib qırmaq. Hər yerdən ümidini kəsmiş Məhbusi ipini çeynəyərək qolunun birini açmışdı. M.İbrahimov. // Hirs, qəzəb, acıq ifadəsi olaraq dodaqlarını, bığlarını dişləri arasına alıb əzmək, gəmirmək. [Ağası bəy] əllərini döşünə qoyub bığlarını çeynəyən (f.sif.) xanın buyruğuna müntəzir idi. Çəmənzəminli. Acıqdan çeynədi dil-dodağını; Kinindən yeyirdi ürək yağını. A.Şaiq.
2. məc. Bir sözü çox təkrar etmək; təkrarlamaq, bayağılaşdırmaq. Axşamacan hamı bu sözləri ağzında çeynəyirdi və çeynəyib özgəsinə verirdi. B.Talıblı.
3. məc. Tapdalamaq, ayaqlar altına salmaq. [Xəyyam:] Çeynədik yıpramış adətləri biz; Böylə azadə ömür sürmədəyiz. H.Cavid.

Pamukkale Azerbaijani to Turkish (ADT version)

çeynəmək

çiğnemek


Last searches: