çaxnaşma
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
çaxnaşma
1. “Çaxnaşmaq”dan f.is.
2. Qarışıqlıq, həyəcan, təlaş, vahimə, vəlvələ. Camaat içərisində bərk çaxnaşma oldu. “Abbas və Gülgəz”. • Çaxnaşma düşmək – həyəcanla dolu qarışıqlıq düşmək, vəlvələ düşmək, vahimə düşmək, hamı bir-birinə dəymək, çaxnaşmaq. Karvan əhli bir-birinə dəydi. Bir çaxnaşma düşdü, gəl görəsən. “Koroğlu”. Qoşunu görən kəndlilər qaçır, ətrafa çaxnaşma düşürdü. Çəmənzəminli. Çaxnaşma salmaq – həyəcan salmaq, vəlvələ salmaq, vahimə salmaq, qarışıqlıq salmaq, aranı qarışdırmaq, çaxnaşdırmaq. Qıssanın səsi həyətin sükutunu pozdu, ümumi bir çaxnaşma saldı. Mir Cəlal.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
çaxnaşma
həyəcanlanma, hiddətlənmə, təşvişləşmə
{heyecanlanma, hiddetlenme, vesveselenme}