çatlamaq
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
çatlamaq
f.
1. Çatıq əmələ gəlmək, çatlaq olmaq, parçalara ayrılmayacaq şəkildə yarılmaq, bütövlüyü pozulmaq. Həsən çəkməni o biri üzünə çevirdi, üst tərəf də vecdən çıxmışdı, neçə yerdən çatlamışdı. Çəmənzəminli. Mollayev limonu o qədər bərkdən qarışdırdı ki, çay qaşığının zərbindən stəkan çatladı. M.Hüseyn.
2. Bir sıra isimlərdən sonra gətirilərək mürəkkəb fel və müxtəlif ifadələr düzəldilir; məs.: ürəyi çatlamaq, başı çatlamaq, çiçəyi çatlamaq və s. Dağ başında bir çoban; “Yazıq, zavallı Çolpan; Görsə, ürəyi çatlar”; Deyərək, çəkdi bir car. M.Müşfiq.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
çatlamaq
I. sınmaq, qırılmaq, partlamaq
{burkulmak, kırılmak, çatlamak}
II. yarılmaq, bölünmək, ayrılmaq
{yarılmak, bölünmek, ayrılmak}
Pamukkale Azerbaijani to Turkish (ADT version)
çatlamaq
çatlamak