çarpaz
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
çarpaz
sif. və zərf
1. Bir-birini kəsib keçən, xaç şəklində; xaçvari, çataq. Çarpaz cizgilər. – Çarpaz taxtalarla mıxlanmış köhnə bir qapının üstündə tabaşirlə yazmışdılar: “Raykom bağlıdır, hamı cəbhəyə getdi”. Mir Cəlal.
2. biol. Çarpaz cütləşdirilmiş və ya çarpaz tozlandırılmış (bax çarpazlaşdırmaq 2-ci mənada). Çarpaz cütləşdirmə. – Miçurin bu iki bitkini bir-birilə çarpaz tozlandırmağa başladı. M.Axundov.
3. Düymə, ilgək. ‣ Çarpaz vurmaq – bax badalaq vurmaq 1-ci mənada (“badalaq”da).
Pamukkale Azerbaijani to Turkish (ADT version)
çarpaz
çapraz, fermuar