turklehceleri.org

çarmıx

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

çarmıx

is. [fars.] köhn. Müqəssirin əllərini və ayaqlarını bağlamaq üçün istifadə edilən cəza aləti. .. Qırmızı donlu şəhər cəlladı onu bu uca dar ağacında çarmıxa çəkərək, geniş açılmış qollarını köndələninə çarmıxın tirinə, uzun və çılpaq ayaqlarını da çarmıxın dirəyinə mıxlamışdı. Ə.Məmmədxanlı. • Çarmıxa çəkmək – 1) bu üsulla cəza vermək, cəzalandırmaq, öldürmək; Bu xatadan sovuşsam, çarmıxa çəksələr də, Ağzımı kilidlərəm, danışmaram bir daha. B.Vahabzadə. 2) məc. çox işgəncə vermək, incitmək, əziyyət vermək. [Səlimnaz:] [Xanım] bir nəlbəki düyüdən ötrü məni çarmıxa çəkibdi. N.Vəzirov.

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

çarmıx

əzab, işgəncə
{azap, işkence}


Last searches: