Üsul
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
üsul
is. [ər.]
1. Hər hansı işdə tətbiq edilən sistem, yol, qayda, tərz, metod. Qabaqcılların iş üsulu. Tədris üsulu. – [Sərdaroğlu] şagirdləri tez-tez zavoda aparıb istehsalatla, yeni üsullarla işləyən ustaların işləri ilə tanış edirdi. H.Seyidbəyli. [Daşdəmir] Hümmətin plan doldurma üsullarından maraqlı şeylər demişdi. B.Bayramov.
2. Təbiətdə və ictimai həyatda baş verən hadisələri dərk və təsdiq etmə qaydası; metod. Dialektik üsul. Tarixi-müqayisəli üsul.
3. Tərtib, nizam, qayda.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
üsul
I. qayda, tərz
{kaide, tarz}
II. yol, vasitə
{yol, vasıta}
III. metod
{metod}
Pamukkale Azerbaijani to Turkish (ADT version)
üsul
ezgi, usul, yol, yönetem, yöntem