zırpı
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
zırpı
sif. və is. vulq.
1. Çox yekə, çox böyük, yekəpər, yöndəmsizcəsinə iri. Şah Dəşküvar baxırdı, gördü ki, bu pəlvan elə zırpı pəlvandı ki, qabağında dağ dayanmaz. (Nağıl). [Gileygüzarov:] Mən boyda zırpı ədibi burada qoyub, bir gör kimləri çap eyləyirlər, kimləri?! – deyib özündən çıxdı. S.Rüstəm. ..Bitdilidən zəvvar aparmağa gələn zırpı bir şeydi. Ə.Əbülhəsən.
2. bax. zırı(q) 2-ci mənada.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
zırpı
I. yekə, böyük, yekəpər
{cüsseli, büyük, iri}
II. qanmaz, kobud, qaba
{anlayışsız, nezaketsiz, kaba}