zoğal
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
zoğal
is. Yeməli, qırmızı meyvəsi olan bərk oduncaqlı ağac (kol). Zoğal 5-6 metr hündürlükdə, qışda yarpağı tökülən kol və ya ağacdır. Sarı rəngli çiçəkləri mart-aprel aylarında yarpaqlanmadan əvvəl açılır. Meyvəsi sentyabrda yetişir. H.Qədirov. // Bu ağacın xırda turş meyvəsi. Zoğal çərdəyi. Zoğal mürəbbəsi (zoğaldan bişirilmiş mürəbbə). – Meşənin dəymiş əzgili saralar; Həm zoğal da dərilməyib qaralar. A.Səhhət. Oğul-uşaq zoğal, fındıq, moruq dərməyə gedərkən Kərim baba da sıradan qalmazdı. A.Şaiq. Almalar qızarır, armudlar, heyvalar saralır, əzgillə zoğal bir-birinə qarışırdı. S.Rəhimov. • Zoğal axtası, axta zoğal – tumu çıxarılaraq qurudulmuş zoğal. Xalq batıbdır noğula, şəkərə, qəndə; Bizim evdə axta zoğal da yoxdur. M.P.Vaqif.
Pamukkale Azerbaijani to Turkish (ADT version)
zoğal
kızılcık