turklehceleri.org

zorakılıq

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

zorakılıq

is.
1. Zor tətbiqi, zor işlətmə; zor vasitəsi ilə məcburiyyət. İş zorakılıq məsələsinə gəlirsə, bizimkilər oradadır, qorxmayın. M.S.Ordubadi. ..Cəbhələrin birisinin bayrağı azadlıq və zəhmət, o birisinin bayrağı zorakılıq və ağalıq idi. M.İbrahimov.
2. Qolugüclülük, zorla məcbur etmə; zor gücü ilə görülən iş; zülm, qanunsuzluq, özbaşınalıq, haqsızlıq. Bizim hüquq elmi hər hansı zorakılığın, haqsızlığın əleyhinədir! S.Rəhimov. Kamilin verdiyi təsəlli [Biqəmi] ruhlandırırdısa da, gördüyü zorakılıq və yediyi ağır kötəkdən ədalətin ola biləcəyinə inana bilmirdi. M.Süleymanov. • Zorakılıq etmək – 1) zora əl atmaq, zor işlətmək, zorla məcbur etmək, qaba qüvvə tətbiq etmək; 2) tabe olmamaq, inad göstərmək, höcət eləmək. [Kərbəlayı] Ədə, hökumət ilə zorakılıq eləmək olar? H.Nəzərli.

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

zorakılıq

I. məcburiyyət
{mecburiyet}

II. zülm, qanunsuzluq, özbaşınalıq, haqsızlıq
{zulüm, kanunsuzluk, bencillik, haksızlık}

Pamukkale Azerbaijani to Turkish (ADT version)

zorakılıq

elzemlik, zorbalık


Last searches: