turklehceleri.org

zilləmək

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

zilləmək

I. f. Gözlərini bir nöqtəyə dikmək, kirpiklərini qırpmadan diqqətlə bir nöqtəyə baxmaq (çox vaxt “gözlərini” sözü ilə). Baxışını zilləmək. Nəzərini zilləmək. – Tərlan gözlərini zillədi; Dağ başından evin səmtin bəllədi. A.Səhhət. Əmrah birdən duruxdu. Qəmgin gözlərini evinə tərəf zillədi.. M.Hüseyn. [Mürsəl] müntəzir gözlərini mənə zilləmişdi. Mir Cəlal.

II. f. Zilə keçmək, səsi zilə qaldırmaq. Tərəqqi, tənəzzül kəmənçəsini; Gah zilləyib, gah da bəmə çəkirsən. Aşıq Ələsgər.

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

zilləmək

dikmək, baxmaq
{gözünü dikmek, bakmak}


Last searches: