turklehceleri.org

zikr

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

zikr

[ər.] köhn.
1. Anma, yad etmə, xatirə gətirmə, xatırlama, adını çəkmə, adını söyləmə. • Zikr etmək (eyləmək) köhn. – 1) anmaq, yad etmək, xatirə gətirmək, adını çəkmək, adını söyləmək. [Dərviş:] Mən də [Ruqiyyənin] adını ürəyimdə yox, dilimdə zikr etdim. A.Divanbəyoğlu; 2) söyləmək, demək, ifadə etmək. Bütün gün fikr eylərəm; Dərdimi zikr eylərəm. (Bayatı). ..Necə ki vəzir zikr elədi, ona binaən mən bu cəhətdən qayətdə diləfsürdə idim. M.F.Axundzadə. Yuxarıda zikr etdiyimiz keyfiyyəti Mirzə özü nağıl edirdi. Ə.Haqverdiyev; 3) oxumaq (dua). Alverçi hacılar, baqqallar, müamiləçilər, dəllallar bəzən sabaha qədər yatmazdı, namaz qılıb zikr edərdi. H.Sarabski. Zikr olunmaq köhn. – 1) anılmaq, yad edilmək, xatirə gətirilmək, adı çəkilmək, adı söylənmək; 2) haqqında danışılmaq, söylənilmək, ifadə olunmaq. Şah Abbasın cülusundan altı il keçib yeddinci il başlanmışdı ki, aşağıda zikr olunan qəziyyə vaqe oldu. M.F.Axundzadə. Ata ilə oğul arasında yuxarıda zikr olunan söhbətdən 1-2 ay keçəndən sonra Mirzə Cavad köçdü kəndə. Ə.Haqverdiyev.
2. din. Təsbeh çevirə-çevirə dua etmə, Allahın adlarını və sifətlərini bir-birinin ardınca söyləyib təkrar etmə, vird etmə. • Zikr demək – məsciddə axundun oxuduğu duanı onun ardınca eyni ilə təkrar etmək. Zikr təsbehi – dindarların dua oxuyaoxuya çevirdikləri təsbeh. [Hatəmxan] özü isə mollanın ala-bəzək zikr təsbehini əlinə aldı. S.Rəhimov.
3. Bütün fikir, bütün düşüncə, bütün xəyal (bu mənada adətən “fikir-zikir” şəklində işlənir). Fikrim-zikrim, sözüm, xəyalım sənsən; Haçan könlüm səndən cidayə düşər. M.V.Vidadi. ..Hətta namaz vaxtı da mömin müsəlmanın fikri və zikri dolu olur dolma ilə, ..isgəncəbi ilə. C.Məmmədquluzadə.

Pamukkale Azerbaijani to Turkish (ADT version)

zikr

zikir

Uzbek—English Dictionary (Dirks, 2005)

zikr

lit., rel.: (Arabic) remembrance, recollection; formulaic chanting performed by Sufis, usu. with devotees sitting in a circle and chanting praises to God. ~ qil- to remember. ~ tush- to participate in Sufi litanies. ~ qilingan/Etilgan the abovementioned.


Last searches: