zahı
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
zahı
is. [fars.] Yenicə doğmuş qadın. [Cəbrayıl bəy:] Onda ayrı evə keçək, yaxşı deyil, zahının yanında oturmayaq. “Qaçaq Nəbi”. Səhərisi yenə mamaça gələr, zahıya baxıb lazımi tapşırıq və dərmanlar verər, şişi-zadı yığıb evdən tullardı. H.Sarabski. // Sif. mənasında. İndi zahı qadını cana və qüvvətə gətirmək üçün yemək tapmaq, evi qızdırmaq lazım idi. Ə.Vəliyev.