turklehceleri.org

yığışmaq

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

yığışmaq

f.
1. Bir yerə toplanmaq, yığılmaq, cəmləşmək, toplaşmaq. Əhali meydana yığışdı. – [Qız evində] parça biçməyə hər iki quda ailə öz möhtərəm arvad qohumlarını dəvət edib yığışarlar. R.Əfəndiyev. Bütün Təbriz [nümayişçilərin] tamaşalarına yığışmışdı. M.S.Ordubadi.
2. Bir yerə getmək, yola çıxmaq üçün hazırlıq görmək, şeylərini qablaşdırıb hazır olmaq. Yığışın, sabah gedirik. // Hazırlaşmaq. [Pəri xanım:] Ay Sona! Neçə vaxtdır ha yığışıram, bircə səni görməyə gəlim. Ə.Haqverdiyev. // Bir yerdən başqa yerə köçüb getmək. [Hacı Sultan] artıq Şamaxı yolunda qalmaq istəmədi. Oradan yığışıb dəniz qırağında ticarət kontoru açdı. S.Hüseyn.
3. Büzüşmək, bürüşmək. Yarməmmədin üzgözü yığışdı, turşudu, tez cibindən əzik-üzük və çirkli ağ yaylığı çıxarıb ovcunda sıxdı və üzünə tutub asqırdı. M.İbrahimov. // bax. yığılmaq 2-ci mənada.

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

yığışmaq

I. cemləşmək, toplaşmaq
{derlenmek, toplanmak}

II. büzüşmək, bürüşmək
{büzüşmek, buruşmak}

Pamukkale Azerbaijani to Turkish (ADT version)

yığışmaq

üşüşmek


Last searches: