yıxılmaq
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
yıxılmaq
f.
1. Öz ağırlığı ilə yerə enmək, müvazinətini, yaxud istinad nöqtəsini itirərək aşağıya devrilmək, yerə dəymək. Başı gicəllənib yıxıldı. Pilləkəndən yıxılmaq. – Məşədi, tərpənsən, yıxılarsan ki... Ü.Hacıbəyov. Gərək yadındadır... üç il qabaq mən; Qayadan dənizə yıxıldım birdən. S.Vurğun. // Kökündən qopub yerə sərilmək. Küləyin şiddətindən çoxlu ağac yıxılıbdır. // Köhnəlikdən uçmaq, dağılmaq, yerə tökülmək. Evin divarları yıxıldı. Hasar yıxıldı.
2. Yerə uzanmaq, yerə sərilmək. Onda görürsən yıxılıb yanbayan; Bir neçə növrəstə cavan laybalay. M.Ə.Sabir. • Yıxılıb-yatmaq – yatmaq, yatmaq üçün yataqda uzanmaq. Xudayar katda ləzzətnən yıxılıb-yatdı. C.Məmmədquluzadə. İki seyid əmmaməni bir tərəfə atıb bir qədər oynadılar, axırda yıxılıb-yatdılar. Ə.Haqverdiyev.
3. məc. Hakimiyyətdən salınmaq, devrilmək, düşürülmək, düşmək. 1917-ci ilin fevralında çar mütləqiyyəti yıxıldı. – [Qatır Məmməd:] Padşah yıxıldı, gorbagor oldu; Uçdu sarayları, tar-mar oldu. Z.Xəlil. // Əmr formasında: yıxılsın! – məhv olsun! yox olsun! dağılsın! viran qalsın! Yıxılsın məğrur saray! Buludlara batsın Ay. S.Vurğun. yıxıla-yıxıla zərf Gah yıxılaraq, gah duraraq; çox çətinliklə. Yıxıla-yıxıla getmək. – Zavallı, bəxtsiz bacı evdə qardaşının müsibətində qızğın göz yaşları tökdüyü bir zamanda, ana yıxıla-yıxıla dışarı çıxıb oğlunu yerə sərilmiş .. görərsə, nə yapa bilər? S.Hüseyn. ..Tapdıq bu cəhrənin qabağında yatayata, otura-otura, yıxıla-yıxıla böyümüşdü. Ə.Əbülhəsən.
Pamukkale Azerbaijani to Turkish (ADT version)
yıxılmaq
düşmek