turklehceleri.org

yüngül

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

yüngül

sif.
1. Çəkisi az olan (ağır ziddi). Yüngül yük. Yüngül çamadan. Yüngül daş. • Yüngül çəkmək – çəkidə aldatmaq, əskik vermək. // Sıx olmayan, nazik. Yüngül parça. // İsti olmayan, qalın olmayan; qızdırmayan. Yüngül paltar. // Taxtadan tikilmiş. Yüngül pavilyon. Yüngül bina. // Həzmi asan olan, mədəyə ağırlıq verməyən. Yüngül yeməklər. Yüngül qəlyanaltı. Axşam yeməyi yüngül (z.) olmalıdır.
2. Çətin olmayan, asan olan. Yüngül mətn. Yüngül məsələ. // Aydın, sadə, səlis. Yüngül üslub. Dili çox yüngüldür. – [M.Ə.Sabir] sadə və aydın bir dillə oynaq və yüngül misralarda böyük bir cəsarətlə köhnəliyi .. qamçılayırdı. M.Arif. // Əyləndirici mahiyyətdə olan. Yüngül musiqi. Yüngül komediya. Yüngül mahnı. // Asanlıqla əldə edilən, qazanılan. Yüngül qazanc. Yüngül qələbə. // Yerinə yetirilməsi çətin olmayan, çox zəhmət tələb etməyən; asan. Yüngül iş. Yüngül vəzifə.
3. Ciddi olmayan; əhəmiyyətsiz, xətərsiz. Yüngül yara. Yüngül xəstəlik. // Əziyyətsiz, ağrısız. Yüngül doğuş. Yüngül həyat. // Ağır olmayan; şiddətsiz. Yüngül cəza. – Fəxrəddin isə Qızıl Arslandan yüngül bir məzəmmət alandan sonra Hüsaməddini qaçıran qadını axtarmağa başladı. M.S.Ordubadi.
4. Zəif, az (hiss edilən). Yüngül külək. Yüngül qoxu. Yüngül təbəssüm. Üzündə yüngül kədər izləri göründü. // Təsiri az olan, tünd olmayan; zəif, boş. Yüngül şərab. Yüngül tütün.
5. məc. Səthi, qeyri-ciddi. İşə yüngül münasibət. Yüngül mühakimələr. // Adam, hərəkət, xasiyyət haqqında. Yüngül adam. Yüngül xasiyyət. Yüngül əxlaq. – Onu söyləməyə gəlmişəm sizə; Yüngül (z.) görünməyim gözlərinizə. S.Vurğun.
6. məc. Sağlam, çevik, qıvraq. Nəriman özünü rahat və yüngül (z.) hiss etdi. Mir Cəlal. // Saf, təmiz, tənəffüsü asanlaşdıran. Yüngül dağ havası. – Yüngül payız havası müalicəyə gəlmiş adamlara daha artıq ləzzət verirdi. M.İbrahimov.
7. Ağır silahlanmamış; mütəhərrik. Yüngül topçu dəstəsi. Yüngül batareya. Yüngül kreyser. ‣ Yüngül atletika – atletikanın, qaçış, tullanma, nizə, disk və s. tullama növləri. Yüngül ayaq – bax. ayağı yüngül (“ayaq1”da). [Mirzəli:] Doğrudan, Hümmətəli, sən elə yaxşısan, yüngül ayaqsan, gələsən, qaçıb bir xəbər gətirəsən. C.Məmmədquluzadə. Yüngül əl – əli yüngüllük, şəfa, uğur, qazanc gətirən adam haqqında. Yüngül kavaleriya tar. – sovet idarələrinin işini yoxlamaq üçün vaxtilə komsomol tərəfindən təşkil edilən dəstələr, briqadalar və s. Yüngül sənaye – çoxişlənən mallar hazırlayan sənaye.

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

yüngül

I. asan
{kolay}

II. aydın, sadə, səlis
{açık, yalın, mükemmel}

III. əhəmiyyətsiz, xəbərsiz
{önemsiz, etkisiz}

IV. zəif, az
{zayıf, az}

V. səthi, qeyri-ciddi
{üstünkörü, ciddiyetsiz}

VI. sağlam, çevik, qıvraq
{sağlam, çevik, kıvrak}

Pamukkale Azerbaijani to Turkish (ADT version)

yüngül

hafif, kolay, üstünkörü


Last searches: