turklehceleri.org

yüksəlmək

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

yüksəlmək

f.
1. Yüksəyə, yüksəklərə, yuxarı qalxmaq; ucalmaq. Bina xeyli yüksəlmişdir. – Ay xeyli yüksəlmiş, ətrafı yarımkölgəli bir surətdə aydınlatmışdı. S.Hüseyn. Günəş bu yerlərdə qalxıb atına; Yüksəlir göylərin yeddi qatına. S.Vurğun. Günəş üfüqdən xeyli yüksəlmişdi. İ.Əfəndiyev. // Üfüqdə görünmək, çıxmaq, tülu etmək, zahir olmaq. Boz dağın arxasında doğan günəş saf mavi göydə yüksələrək günorta yerinə qalxmışdı. Ə.Sadıq.
2. Artmaq, qalxmaq, çoxalmaq, səviyyəcə yuxarı qalxmaq. Çayın suyu xeyli yüksəlmişdir. Havanın temperaturu birdən-birə yüksəldi. // Artmaq, şiddətlənmək, güclənmək. Xəstənin qızdırması yüksəldi. Məşğələlərə maraq xeyli yüksəlmişdir. Küləyin şiddəti getdikcə yüksəlir. Gəlir faizi gündən-günə yüksəlir. Yaxşı kitablara olan tələbat çox yüksəlmişdir. // Yaxşılaşmaq. Şagirdlərin dərs müvəffəqiyyəti getdikcə yüksəlir. Məhsulun keyfiyyəti yüksəlmişdir. Gənc rəssamların yaradıcılıq səviyyəsi yüksəlmişdir. Əhvaliruhiyyəsi yüksəldi.
3. Hörməti, nüfuzu, mövqeyi, qiyməti, dəyəri artmaq; tanınmaq, şöhrətlənmək. Kollektivdə nüfuzu yüksəlmək. Bu hadisədən sonra o bizim gözümüzdə çox-çox yüksəldi. – Dedi: – Az-az görünməyim nədən sizə ağır gəlir? Dedim: – Çünki bu dünyada gözəlliklə söz yüksəlir. S.Vurğun. // məc. Tərəqqi etmək, artmaq, inkişaf etmək. Yüksəlmək haqqımdır, iradəm vardır; Biliyim, şüurum hər şey yaradır. A.Şaiq.
4. Daha yüksək, daha məsul vəzifəyə keçmək, daha yüksək mövqe tutmaq. Vəzifəcə yüksəlmək.
5. Eşidilmək, gəlmək, qalxmaq (səs haqqında). Ura sədaları göyə yüksəldi. Evdən dəhşətli bir fəryad yüksəldi. – Mənim də evimdən işıq gələrdi; Qapımdan, bacamdan səs yüksələrdi. S.Vurğun.
6. Uzaqdan və ya yaxından görünmək (uca şey haqqında). Çayın sahilində uca qayalar yüksəlir. Qəsəbənin ortasında mədəniyyət sarayının binası yüksəlir. – Kəndin aşağı tərəfində məktəb binası yüksəlir. Ə.Vəliyev.

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

yüksəlmək

I. artmaq, çoxalmaq, güclənmək
{artmak, çoğalmak, güçlenmek}

II. qalxmaq, ucalmaq
{kalkmak, yücelmek}

III. tanınmaq, şöhrətlənmək
{tanınmak, ünlenmek}

Pamukkale Azerbaijani to Turkish (ADT version)

yüksəlmək

kalkınmak


Last searches: