yüksəklik
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
yüksəklik
is.
1. Hündürlük, ucalıq; yüksək şeyin halı. Dağın yüksəkliyi. Divarın yüksəkliyi. Evin yüksəkliyi iyirmi metrdir. Bu yüksəklikdə ağac görməmişəm.
2. Yer səthindən yüksəkdə olan sahə, yer; dağlıq, təpəlik. Yüksəklikdə bitən ağaclar. Yüksəklikdə yol salmaq. – “Güdəqala” deyilən yüksəklik üzərindəki ovdanların yanında idik. S.Hüseyn.
3. Yer səthindən çox-çox yuxarı olan fəza; göy, asiman (çox zaman cəm şəklində). Buludlar yüksəkliklərdə üzür. Təyyarə yüksəkliklərdə süzür. Yüksəkliklərdə ulduzlar sayrışır.
4. Bir şeyin böyüklüyü, ölçüsü, səviyyəsi, dərəcəsi. Təzyiqin yüksəkliyi. Hərarətin yüksəkliyi. Biliyin yüksəkliyi. Əmək məhsuldarlığının yüksəkliyi. Texnikanın yüksəkliyi.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
yüksəklik
I. hündürlük, ucalıq
{ululuk, yücelik}
II. dağlıq, təpəlik
{dağlık, tepelik}
Pamukkale Azerbaijani to Turkish (ADT version)
yüksəklik
yükseklik