turklehceleri.org

yöndəm

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

yöndəm

is.
1. Qayda, nizam, səliqə. • Yöndəmdən çıxmaq – eybəcərləşmək, çirkinləşmək, korlanmaq. Yöndəmə düşmək – qaydaya düşmək, səliqəyə düşmək, müəyyən şəklə düşmək. Yöndəmə düşdükdən sonra universitetə getdim. Mir Cəlal. Yöndəmə salmaq (qoymaq) – səliqəyə, sahmana salmaq, qaydaya salmaq, müəyyən bir şəklə salmaq. ..Mən cəmi işlərimi yöndəmə qoyub, dost-aşnalar ilə vidalaşıb əyləşdim mənzildə. Ə.Haqverdiyev.
2. Görkəm, sir-sifət, xarici görünüş. Bunun yöndəminə bax. Bu nə yöndəmdir?

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

yöndəm

I. qayda, nizam, səliqə, sahman
{kaide, düzen, kural, kanun}

II. görkəm, sir-sifət, görünüş
{gösteriş, suret, görünüş}


Last searches: