yumruq
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
yumruq
is.
1. Yumulmuş əl, əlin yumulmuş vəziyyəti. Başımı aşağı dikib durduğum halda, əlimdəki çörək qismətini yumruğumda saxlamağa başladım. A.Divanbəyoğlu. Uşaq da bu hay-küyün onunçun olduğunu duyur, balaca yumruğunu gözünə basıb ağlayırdı. Mir Cəlal. Mahmud .. yumruğu ilə kirpiyini sildi. Ə.Əbülhəsən. [Otaqda] ağzından yumruq irilikdə paslı qıfıl asılmış sandıq .. vardı. İ.Hüseynov. • Yumruğunu düyünləmək – əlini yumruq halına salmaq.
2. Bu vəziyyətdə olan əl ilə vurulan zərbə. Min acizü biçarələrin başın əzərdim; Sillə, yumruğnan. M.Ə.Sabir. Seyid yenə başladı təpəsinə yumruq endirməyə. Ə.Haqverdiyev. Bir də xanın yumruğunun zərbindən pəncərə çilik-çilik olub yerə səpildi. Çəmənzəminli. • Yumruğa çıxmaq – yumruq davasına çıxmaq, bir-birini yumruqlamaq. Odunu olmasa hər kimsənin qış fəsli; Ağlaşar tifl, çıxar yumruğa arvad ər ilən. Molla İsmayıl. ...yumruğu altında olmaq – ...itaətində olmaq, ... zülmü altında olmaq, daim ... zülmünü görmək. Yumruq yemək – döyülmək, yumruqla vurulmaq.
Pamukkale Azerbaijani to Turkish (ADT version)
yumruq
yumruk