yoxsul
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
yoxsul
1. is. Yaşamaq üçün kifayət qədər vəsaiti, imkanı olmayan, ehtiyac içində olan adam; kasıb, möhtac. Var bu kənddə yenə elə yoxsullar; Nə cütü var, nə kotanı, nə kəli. A.Səhhət. [Almaz:] Biz istəyirik ki, kəndimizdə yoxsul qalmasın. Bütün yoxsullar varlansın... C.Cabbarlı. [Zeynəb deyir:] Xeyr, yoxsullar iclasında keçibdir, gərək otaqları boşaldasan. Qantəmir. // Sif. mənasında. Yoxsul kəndlilər. Yoxsul adam. Əhalinin yoxsul təbəqəsi. – Mirbalayev yoxsul bir kəndlinin oğlu idi. M.Hüseyn.
2. sif. Miskin, kasıb, bəzəyi-düzəyi olmayan, çox sadə. İçərişəhərdə qaranlıq, dar bir dalanda kiçik bir otaq tutub anamla yoxsul həyat keçirirdik. A.Şaiq. // Bir şeyi çatışmayan, ya az olan; nöqsanlı, çox məhdud. Ağıldan yoxsul. – [Nizami:] Bu torpağın oğulları hər şeydən yoxsul olsalar da, namusdan yoxsul deyildir! M.Hüseyn.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
yoxsul
I. kasıb, möhtac, fağır
{düşkün, muhtaç, fakir}
II. miskin, sadə
{uysal, gösterişsiz}
Pamukkale Azerbaijani to Turkish (ADT version)
yoxsul
fakir, yoksul