yolçu
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
yolçu
is.
1. Yola, səfərə çıxmış adam, yol gedən adam. Yolçu yolda gərək. (Ata. sözü). Sevinir keçəndə yolçunun gözü; Seyr edir bu geniş, bəzəkli düzü. H.K.Sanılı. Abbas kişinin böyük və səsli şəhərdə rast gəldiyi ilk yolçudan soruşduğu bu oldu. Mir Cəlal. // Sərnişin, minik. [Konduktor] uzaqdan gələn yolçulara, görünür, güzəşt edirdi. Qantəmir.
2. Dilənçi. Yolçudan yolçuya pay düşməz. (Ata. sözü). Ey mənim yolçu, dilənçi, lüt-lüm qardaşlarım həmşərilər! C.Məmmədquluzadə. ‣ ...yolun yolçusu – adətən düz yolla getməyən adam haqqında. [Kələntərli:] Yoldaş Əmirli, insafla danışın, mən o yolun yolçusu deyiləm. İ.Hüseynov.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
yolçu
dilənçi, səfil
{dilenci, sefil}
Pamukkale Azerbaijani to Turkish (ADT version)
yolçu
yolcu