yetik
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
yetik
sif.
1. Bələd, tanış, xəbərdar, vaqif, yaxın. Ələsgərəm, mən yetiyəm hər işə; İki könül bir-biriynən barışa. Aşıq Ələsgər. [Sona:] Görmüşəm, sifətdən gözəldir, ancaq təbiətini bilmirəm, anam onlara çox yetikdir. A.Şaiq.
2. Yetişmiş, yetkin. Yetik yelinli mayalar isə ehtiyatla, tələsmədən yeriyib sallana-sallana sürünün dalında gəlirdi. M.İbrahimov.
Pamukkale Azerbaijani to Turkish (ADT version)
yetik
arkadaş