yeniyetmə
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
yeniyetmə
is. Çox gənc, gənclik yaşına ayaq qoymuş oğlan və ya qız; ümumiyyətlə, gənc, cavan. Uzunboylu, yeniyetmə, növcavan; Məni bu dərdlərə salan oynasın. M.P.Vaqif. Çox yaşlı kişilərin “matəm” hadisəsindən xəbərləri vardısa da, yeniyetmələr əsla buna vaqif deyildilər. Qantəmir. Çobanlar və yeniyetmələr alaçığın yanlarına çəkilərək, yeməyi yığışdırıb ortanı açdılar, oynamağa başladılar. M.İbrahimov. // Sif. mənasında. Qapıda bizdən başqa dörd-beş çoban da xidmət edirdi. Hamısı yeniyetmə, bığıburma oğlanlar idi. A.Şaiq. Azərbaycanın yeniyetmə müəllimləri geridə qalmış arvadlara böyük bir həvəslə, sevinə-sevinə savad öyrədirdilər. M.Hüseyn.
Pamukkale Azerbaijani to Turkish (ADT version)
yeniyetmə
yeniyetme