turklehceleri.org

yemlik

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

yemlik

I. is. bot. Zəmilərdə, çöllərdə bitən dar, uzun yarpaqlı, südlü, yeyilən çoxillik ot bitkisi. Yemlik otların arasında bitir. – O biri məhəllənin uşaqları da Laçının dəstəsi ilə yemlik dərməyə, oynamağa getdilər. M.Hüseyn. Nəhayət, kəpənək çiçəklənmiş bir yemlik kolunun üstünə qonanda Tapdıq papağını onun üstünə basdı. Ə.Vəliyev. Naxırçılar ellik çəmənliyinin lap yuxarılarına çıxaraq yemlik gəzirdilər. Mir Cəlal.

II. is. Heyvanlara yem verilən taxta qutu; yemqabı. Kolxozçu heyvanın yemliyinə ot tökdü.

III. sif. Yem üçün ayrılmış, yem üçün saxlanmış. Yemlik dən. – Yemlik çuğundurun yarpaqları zülali maddələrlə zəngindir. – [Güləsərin] ..yemlik yeməkdən əlləri və dodaqları bir az qaralıb, şabalıdı rəngə düşmüşdü. İ.Şıxlı.

Uyghur—Turkish Dictionary (Kurban, 2016)

yemlik

I Yem kutusu, yem torbası.
II Kuş kursağı, kuş midesi.


Last searches: