yedək
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
yedək
is.
1. Heyvanı çəkib arxasınca aparmaq üçün boynuna və ya boyunduruğuna bağlanan ip. İnəyi yedəyindən tutub çəkmək. – Hacı Rüstəm gəlib cəddinin payını istədi. Köç əhli etina eləmədi. Atının yedəyindən tutub, alaçıqları bir-bir gəzdi. Ə.Haqverdiyev. • Yedəyə (yedəyinə) almaq – ipindən tutub dalınca çəkmək; dalınca çəkib aparmaq. [Vəzir:] Axırda atları yedəyimə alıb təpənin başına çıxdım!.. Çəmənzəminli. Yedək vermək – atı və ya başqa heyvanı ipindən tutub dalınca çəkmək. Kələ, öküzə yedək vermək.
2. Gəmini, qayığı sahilə, körpüyə bağlayan ip və ya zəncir. Qayıq və gəmilərin yedəkləri dalğaların təsiri ilə gah gərilir, gah boşalırdı. • Yedək ipi – bir gəminin, maşının digərini çəkib aparması üçün onlara bağlanan ip (buraz, kanat və s.). Yedək gəmisi (maşını və s.) – 1) başqa gəmiləri (maşınları) yedəyində aparan kişi (maşın və s.); 2) yedəkdə gedən gəmi (maşın və s.).
3. Motorlu maşına qoşulan yük arabası. Avtomobillərin dartıcı gücündən səmərəli istifadə etmək üçün avtomobil zavodları avtomobil yedəkləri buraxır. Ə.Cəfərov.
4. Yedəyində şəklində zərf – arxasınca, dalısınca, yedəyindən tutaraq. Kor Alı qulanlar da yedəyində tapdana-tapdana öz evinə gəldi. “Koroğlu”. Nəzərəli hələ atını minməyib yedəyində çəkir. C.Məmmədquluzadə. Kəndi dolaşıram yedəyimdə at; İçimdə bir qüvvə əmr edir: yarat! S.Vurğun. ‣ Yedəyi əldən qoymamaq məc. – bərk saxlamaq, əldən buraxmamaq, boş tutmamaq. [Namaz:] Həsən kişinin yedəyini əldən qoymur. Ə.Haqverdiyev. Yedəkdə qalmaq – hamıdan geridə qalmaq, axırıncı yeri tutmaq.
Pamukkale Azerbaijani to Turkish (ADT version)
yedək
dizgin, yedek