yaşayış
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
yaşayış
is.
1. Həyat tərzi, yaşamaq tərzi, həyat şəraiti; dolanacaq, məişət, həyat. Yaşayışı pis keçmir. Yaşayışı yaxşıdır. – [Kərim xan və qız] çiyin-çiyinə verərək həyatın ağır yükünü birlikdə çəkir, öz qarşılıqlı məhəbbət və sədaqətləri ilə ağır yaşayışı yüngülləşdirməyə, şad keçirməyə çalışırdılar. M.İbrahimov. Ona elə gəlirdi ki, kənddəki qaynar həyat, gümrahlıq, fərəhli yaşayış da qonaqların ayağı ilə gəlmişdir. Ə.Vəliyev.
2. Yaşamaq üçün olan, yaşamaq üçün zəruri olan. Yaşayış məntəqəsi. Yaşayış evi. Yaşayış vasitələri.
Pamukkale Azerbaijani to Turkish (ADT version)
yaşayış
yaşam, yaşayış