yağmaq
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
yağmaq
f.
1. Havadan qar, yağış, dolu kimi şeylər düşmək, tökülmək. Qar yağmaq. Dolu yağmaq. – Havalar gözəl keçirdi, teztez yağış yağırdı. C.Məmmədquluzadə.
2. Çox miqdarda, arası kəsilmədən tökülmək. Biz şəhərə girdiyimiz zaman şiddətli xəzri əsir, küçələrin tozunu havaya sovurur, göydən başımıza torpaq yağırdı. A.Şaiq. // məc. Bir şeyin çoxluğunu, şiddətini, davamlılığını bildirir. Üsyançılar qalib gələn kimi bizim olduğumu bu evə yağan güllələrin sayı-hesabı olmayırdı. H.Nəzərli. Göydən yerə zülm yağır; Çörək baha, vergi ağır. S.Vurğun. // Bir şeyin bolluğunu bildirir. • Bərəkət yağmaq – bolluq olmaq, artmaq, çoxalmaq. Şəms padşaha dua-səna edib xəzinənin üstünə gəldi, açarları alıb işə başladı. Onun vaxtında xəzinənin üstünə gündən-günə bərəkət yağdı. (Nağıl).
3. məc. dan. Bir şeyi ifadə etmək. Onun üzündən biclik yağır. Sifətindən nur yağır. – Yağır gözlərindən odlu ildırım; Görməmişdi Qozluq belə bir qırım. H.K.Sanılı. Hüzn və ciddiyyət yağan çöhrəni bir anda ilıq bir məmnuniyyət ifadəsi qapladı. M.S.Ordubadi. Kəsalət yağan vücudunun tərsinə olaraq çox cəld və quş kimi yüngül hərəkət edən ruznaməçi İranpərəst tez qaçıb portfelini gətirdi. M.İbrahimov.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
yağmaq
düşmek, tökülmək
{inmek, dökülmek}
Pamukkale Azerbaijani to Turkish (ADT version)
yağmaq
yağmak