turklehceleri.org

yağ

Turkish—Tatar Dictionary (Ganiyev, 1998)

yağ

и. май; yağ bulamak май ягу; yağ lekesi май табы; badem yağı бадәм мае; balık yağı балык мае; domuz yağı дуңгыз мае; hayvansal yağlar терлек майлары; keten tohumu yağı җитен мае; zeytin yağı зәйтүн мае ◊ yağ bal içinde yüzmek бал-май эчендә йөзү; yağ çekmek майлау, куштанлану

Comparative Turkic Languages Dictionary (Ercilasun, 1991)

yağ

Türkiye Türkçesi: yağ
Azerbaycan Türkçesi: yağ
Başkurt Türkçesi: may
Kazak Türkçesi: jav may
Kırgız Türkçesi: may
Özbek Türkçesi: yàğ
Tatar Türkçesi: may
Türkmen Türkçesi: yãdığãr
Uygur Türkçesi: yädigar
Rusça: pam'atnıy podarok

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

yağ

is.
1. Ev heyvanlarının südündən hasil edilən, asan əriyən, yeyilən və xörək bişirmək üçün işlədilən maddə. Şit yağ (kərə). Ərinmiş yağ. Camış yağı. Sarı yağ (ərinmiş yağ). İnək yağı. – Yağdan sonra düyü tədarükünün dalına düşürlər, çünki plov düyüsüz olmaz. C.Məmmədquluzadə. Hamımız süfrə başına oturub qatıq, yağ, qaymaqdan doyunca yedik. A.Şaiq. Pərşan ocağı alışdırdı, tavaya yağ atdı. M.İbrahimov.
2. Ətin içində olan ağ və əriyən maddə; piy. İç yağı. Quyruq yağı. // Heyvanın dərisi altında qalın bir təbəqə təşkil edən piy maddəsi. ..Yağ əridikcə közün üstünə damcılayıb cızıldayır, seyrək tüstü qalxıb sakit havada yayılır, həyəti kabab iyi bürüyürdü. İ.Hüseynov.
3. Bəzi bitkilərin tumundan, çiçəyindən və ya meyvələrindən çıxarılan maddə, yağlı maye. Günəbaxan yağı. Pambıq yağı. Zeytun yağı. Küncüt yağı. Xaşxaş yağı. // Mineral mənşəli bəzi maddələrdən alınan yağlı maye. Neft yağı. Maşın yağı.
4. tib. Tərkibində yağ maddəsi olan bəzi dərmanların adı. Sürtkü yağı.
5. məc. dan. Fayda, xeyir mənasında. ‣ Balıq yağı – bəzi dəniz məməlilərindən alınan və müalicə məqsədi ilə işlədilən yağ. Həkim uşağa balıq yağı yazıb. Yağ çıxarmaq (tutmaq) – südü çalxamaqla yağ hasil etmək. Arvadların bir qismi maşınla yağ çıxarır, o biri qismi isə südü mayalayıb pendir tuturdu. İ.Əfəndiyev. Yağ kimi dan. – asanlıqla, maneəsiz. Dinləyə-dinləyə “oxqay”lar deyir; Canına yağ kimi yayılır şeir. S.Vurğun. Yağ kimi ürəyinə yatmaq – çox xoşuna gəlmək, məmnun etmək, ləzzət vermək. Onun sözləri yağ kimi ürəyimə yatdı. – Bağır ömründə birinci dəfəydi ki, Nurcabbara “şair” deyirdi və güman eləyirdi ki, bu söz Nurcabbarın ürəyinə sarı yağ kimi yayılmalıdı.. İ.Məlikzadə. Yağ salmaq – 1) bişərək yağı çıxmaq. Quymaq yağ salıb; 2) məc. kökəlmək. Yağ yaxmacı – üzərinə yağ sürtülmüş çörək parçası. Rüstəm bəy bir parça çörək götürüb özünə yağ yaxmacı qayırdı. Çəmənzəminli. Yağ zavodu – süddən yağ və başqa ağartı hazırlayan zavod. Yağa düşmək – bax. yağ salmaq 1-ci mənada.

Pamukkale Azerbaijani to Turkish (ADT version)

yağ

yağ


Last searches: