turklehceleri.org

yayılmaq

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

yayılmaq

f.
1. Öz əhatə, təsir, nüfuz dairəsini genişləndirmək, geniş sahə tutmaq, əhatə etmək; genişlənmək, intişar etmək. Xəstəlik yayıldı. Müharibə atəşi bir çox ölkələrə yayıldı. Daşqın suları hər tərəfə yayıldı. – Yağ əridikcə közün üstünə damcılayıb cızıldayır, seyrək tüstü qalxıb sakit havada yayılır, həyəti kabab iyi bürüyürdü. İ.Hüseynov.
2. Hər tərəfdə eşidilmək, hər yerdə məlum olmaq. Xəbər çox tez yayıldı. Şöhrəti yayılmaq (məşhurlaşmaq). – Mirzənin ölməyinin xəbəri şəhərə yayıldı. Ə.Haqverdiyev. Yayılır ətrafa qarmonun səsi; Təmiz bir vicdanın saf zümzüməsi. S.Vurğun.
3. məc. Zahir olmaq, görünmək, gəlmək. Birdən Leylanın çatılmış qaşları açıldı, üzünə bir təbəssüm yayıldı. Ə.Məmmədxanlı.
4. məc. dan. Çox sərbəst vəziyyətlə oturaraq və ya uzanaraq çoxlu yer tutmaq. Nə yayılmısan divanda? – Hikmət İsfəhani qıçlarını uzadaraq kresloya yayıldığı halda və təsbeh çevirə-çevirə gözünün ucu ilə İranpərəstə baxdı. M.İbrahimov.
5. Yayğın hala gəlmək. Xəmir yayılmışdır.

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

yayılmaq

I. genişlənmək
{genişlemek}

II. görünmək, gəlmək
{görünmek, gelmek}


Last searches: