yas
Turkish to Pure Turkish Dictionary (Kuleli, 2013)
yas
[Köken: Arapça] Karalılık
Turkish—Tatar Dictionary (Ganiyev, 1998)
yas
и. матәм; траур
Comparative Turkic Languages Dictionary (Ercilasun, 1991)
yas
Türkiye Türkçesi: yas
Azerbaycan Türkçesi: yas
Başkurt Türkçesi: matäm traur
Kazak Türkçesi: kara aza
Kırgız Türkçesi: aza
Özbek Türkçesi: màtäm
Tatar Türkçesi: matäm traur
Türkmen Türkçesi: yãrmak
Uygur Türkçesi: yarmak
Rusça: raskalıvat' kolot' rassekat'
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
yas
is. [ər.]
1. Yaxın bir adamın ölümü münasibətilə (hər cür zövq və əyləncədən imtina etmək və qara geymək şəklində ifadə edilən) hüzn və kədər; matəm. Yas paltarı (qara paltar). Yasa getmək. Onlarda yas var. – Yas yiyəsi kiridi, yasa gələn kirimədi. (Məsəl). Vaxtını almasın nə toy, nə də yas; Gurlayan səsinlə irəli hayqır! S.Vurğun. • Yas qurmaq – bax. yas saxlamaq 1-ci mənada. İntəhası bir ölüm var ki, orada yas qurub ağlarlar. C.Məmmədquluzadə. Yas saxlamaq – 1) ölən adam üçün matəm məclisi qurub müəyyən adətləri yerinə yetirmək; 2) yasını saxlamaq, yasda olmaq. Sağsağan atasının ölüm xəbərini gətiribdir, ona görə yas saxlayır. Ə.Haqverdiyev. Yas tutmaq – bax. yas saxlamaq. [Xarrat qızından soruşur:] Bu nə fikrü xəyaldır vəsvəs; Tutmusan hansı bir əzizinə yəs? S.Ə.Şirvani. Yas yeri – yas saxlanılan yer, yas olan ev, ölü yeri. Hacı Nəsirin başı yas yerinə gələn adamlarla qarışdığından oğlundan xəbərsiz idi. S.S.Axundov. Elə bil yas yerinə toplaşmışdılar. M.Hüseyn. Yasdan çıxmaq – matəm müddəti qurtarmaq, yas saxlama müddəti qurtarmaq. Könlüm yasdan çıxdı, qəlbim qaradan; Gülə-gülə bu həvəsdə, xoş gəldin. Aşıq Ələsgər. Bütün şəhər silkinib; Əsər qoymadı pasdan; Dünənki matəm hanı? Doğrudan çıxdı yasdan. Ə.Cavad. // Hər hansı bir ictimai fəlakət münasibətilə qəbul edilmiş əlamətlərlə ifadə olunan kədər. Yas günü elan etmək. Yas əlaməti olaraq bayraqları aşağı salmaq.
2. məc. Kədər, yas, ələm; ümidsizlik. Getdi ol yasəməni zülf, salıb yasə məni; Yasimə bais olub, ah, o səmənbər getdi. S.Ə.Şirvani. Bu acı xəbəri axıdan Aras; Axdı həzin-həzin ürəyində yas. S.Vurğun. • Yasa batmaq – çox kədərlənmək, çox qəmlənmək, çox qüssələnmək; üzü gülməmək. Hadisə mollaya o qədər təsir eləyir ki, kişi əməlli-başlı yasa batır. “M.N.lətif.” Bənövşə qoxulu yardan ayrılan; Gündə yasa batar, günü zar olur. M.P.Vaqif. ‣ Yer altından yasa getmək – bax. yer.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
yas
I. matəm
{matem}
II. kədər, ələm
{keder, elem}
Pamukkale Azerbaijani to Turkish (ADT version)
yas
yas
Index of Diwan Lughat al-Turk (TDK)
yas
zarar, 2iyan· III, 159
ölüm, helâk· III, 159