yaraşmaq
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
yaraşmaq
f.
1. Uyğun gəlmək, yaxşı tutmaq, yaxşı göstərmək. Bu paltar sənə yaraşmır. – Sənə al don yaraşır, niyə qarə geymisən sən? S.Ə.Şirvani. [Mehribanın] yeni paltarı vücuduna çox yaxşı yaraşırdı. S.Hüseyn. Qaratelin üz-gözündən rişxənd yağırdı və bu ifadə qızın munis, dolğun çöhrəsinə qətiyyən yaraşmırdı. Ə.Əbülhəsən. • ...nə yaraşır – intonasiyadan asılı olaraq gah müsbət, gah mənfi mənada işlənir. Bu yaşda ona belə paltar nə yaraşır. – Qabaqda qalırmı arpan səhərə? Üzəngilər nə yaraşır yəhərə. “Koroğlu”.
2. Layiq olmaq, münasib olmaq. Belə hərəkətlər insana yaraşmaz. – Yetişibsən, indən belə yaraşmaz; Yadlar ilə deyib-danışmaq sənə. Q.Zakir. [Vəzir:] Mən cavab verdim ki, əgər mənə yaraşsaydı, bu əlli yaşımda Teymur ağa ilə güləşib onun arxasın yerə qoyardım. M.F.Axundzadə. [Fəridə:] Bu ki rüsvayçılıqdır, .. heç doktora yaraşarmı? Ə.Məmmədxanlı. // Uyğun olmaq, uyğun gəlmək, münasib olmaq, uymaq. Mənim yoldaşım Sadığın adını qoyublar Lağlağı, .. bu ləqəb o kişiyə heç yaraşmır. C.Məmmədquluzadə. Məsmə otağını bir cavanəzənə yaraşacaq bir şəklə salmağı özünə bir həyat qayəsi qərar verdi. S.Hüseyn.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
yaraşmaq
uymaq
{uymak}
Pamukkale Azerbaijani to Turkish (ADT version)
yaraşmaq
uygun olmak, yakışmak, yaraşmak