turklehceleri.org

yallı

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

yallı

I. is. Yalı olan (bax. yal1). Hər dalğa bir kişnəyən bəyaz yallı at kimi; Bizim bu həyat kimi. M.Müşfiq.

II. is. Bir-birinin əlindən tutaraq dəstə ilə oynanılan Azərbaycan xalq rəqsi. Yallı havası. – Alaq vuranların mahnıları, taya vuranların nəğmələri, qocaların yallısı, cavanların gülüşməsi Budağı valeh etmişdi. Ə.Vəliyev. • Yallı tutmaq (getmək) – yallı oynamaq. [Toybaşı:] Uşaqları durğuz, bir yallı tutsunlar. Ə.Haqverdiyev. Burda dəstə-dəstə gəzən balalar; Əl-ələ tutuşub yallı gedirlər. S.Vurğun.

III. zərf Yal verməklə, yal yedirməklə. [Hacı Osman:] Çobanların, köpəklərin necədir, a Vəli, yallımı saxlayırsan onları? N.Vəzirov.

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

yallı

I. tüklü
{tüylü}

II. yemli
{yemli}

III. təpəli, dikdirli
{tepeli, yamaçlı}


Last searches: