yalançı
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
yalançı
1. is. Yalan danışan adam, yalan danışmağı özünə adət etmiş adam. Yalançının biridir. Yalançının sözünə inanma. –Yalançının şahidi yanında olar. (Ata. sözü). Çünki o məlunların əxbarı əksər övqat nəticə bağışlayır, amma özləri yalançı və bədzatdırlar. M.F.Axundzadə. Doğru deyən olsaydı, yalançı usanardı; Avarə qalanlar dəxi bir söz də qanardı. M.Ə.Sabir. • Yalançı çıxmaq – vədinə əməl etməmək, sözünü yerinə yetirməmək. [Cəmilə:] Yalançı çıxmayım deyə gəldim. S.Hüseyn.
2. sif. Süni, uydurma, qeyri-həqiqi, əsilsiz, saxta, doğru olmayan. Yalançı təbəssüm. Yalançı göz yaşları. – ..Atam heç şəhərli də deyil idi ki, bəylərə bazarlıq eliyə-eliyə axırda bir yalançı bəylik qazana idi. C.Məmmədquluzadə
Pamukkale Azerbaijani to Turkish (ADT version)
yalançı
yalancı