yabançı
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
yabançı
sif. Özgə, yad. Yabançı adam. Yabançı ölkələr. – Ərində yabançı qadın iyini duyduğu zaman Maya çılğıncasına vuruşmaq, çarpışmaq istədi. M.İbrahimov. [Sultan:] Bilmirsən ki, hansı yabançı təsirlə belə [cavanlar] pozulurlar, qabaqlarında gözəl, günəşli bir yol dura-dura, nə üçün avantüraçılıq eləyirlər?! İ.Hüseynov. // Tanış olmayan, aşna olmayan. [Qoca Baxşı:] Oxuya bilməzsən, çünki bu hərflər artıq sənə yabançıdır. C.Cabbarlı. // İs. mənasında. Vətənin zindanı isə yabançıların sarayından şərəflidir. M.S.Ordubadi.
Pamukkale Azerbaijani to Turkish (ADT version)
yabançı
yabancı