xəndan
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
xəndan
sif. [fars.] klas.
1. Gülən, gülər, şən, üzügülər. Kim görübdür Qövsiyi məhzuni xəndan bir nəfəs? Qövsi. Yanaqları güldü, heç olmaz xəndan; Əsildə mələkdi, nəsildə insan. Aşıq Ələsgər. • Xəndan etmək – şənləndirmək, sevindirmək, ürəyini açmaq. Qönçə tək bağrını əzəldə fələk qan eylər; Sonra könlünü açıb dəhrdə xəndan eylər. S.Ə.Şirvani. Qılaram səcdə müdam əcz ilə ol dərgahə; Ki həyatinlə bu gün könlümi xəndan etdin. A.Səhhət. Xəndan olmaq – şadlığından üzü gülmək, fərəhlənmək, sevinmək. Gözlülər başladılar ağlamağa; Kurlər də ona xəndan oldu. M.Ə.Sabir. Sənin xəndan olur gül dodaqların; Onda ki gözümdən yaşlar saçılır.. M.Müşfiq.
2. məc. Tamam açılmış (klassik şeirdə gözəlin üzü tam açılmış gülə oxşadılır). Bədirlənmiş ya bir mahi-tabansan; Ya cənnət bağında güli-xəndansan. M.P.Vaqif. Fəxr eyləməsin öz gülünə bülbüli-şeyda; Bir gül hələ də sən kimi xəndan ola bilməz. Ə.Vahid. • Xəndan olmaq məc. – tamam açılmaq. Qızılgül xəndan oldu; Dərmədim dən-dən oldu; Mən səndən ayrılmazdım; Ayrılıq səndən oldu. (Bayatı). [Qızlar və çocuqlar:] Açmış bənöfşə, sünbül; Xəndan olur qızılgül; Ötdükcə sanki bülbül; Rəqs etdirir xəyalı. H.Cavid.