xəncər
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
xəncər
is. [fars.] Ucu sivri, iki tərəfi iti soyuq silah. Otağın baş tərəfindən divardan bir maral başı, bir də tüfəng, onun da altında bir xəncər asılmışdı. T.Ş.Simurq. [Cahıllar] çuxanın altından xəncər və dayandoldurum bağlardılar. H.Sarabski. ‣ Xəncər-bıçağa çıxmaq – davaları kəskin şəkil almaq, bir-birini xəncər və ya bıçaqla vurmaq dərəcəsinə gəlmək. Xəncərbıçaq olmaq – qatı düşmən olmaq, ölüböldürməyə çıxmaq. [Tapdıq:] Elə şeyi olmaya-olmaya ağlına gətirəsən, ağa. Molla Sadıqla atan bu saat xəncər-bıçaqdır. İ.Şıxlı. Xəncər kimi batmaq (sancılmaq, işləmək), ürəyini xəncər kimi dəlmək – çox ağır təsir etmək. Söz də xəncər kimi işləyir cana; Qanı laxtaladır əzab, iztirab. S.Vurğun. Hükeymənin inəyi xatırlayıb yavaşcadan ağlaması [Bəxtiyarın] ürəyini xəncər kimi dəlir, vicdanını ağrıdırdı. S.Hüseyn. Xəncər kimi sağından keçib, solundan çıxmaq – çox bərk təsir etmək, ürəyinə toxunmaq. Onun acı sözləri xəncər kimi sağımdan keçib, solumdan çıxdı. Xəncərinin qaşı (daşı) düşməz ki... (düşməyəcək ki...) – bir şeyi özü üçün əskiklik, ar sayma mənasında ifadə. [Gülsənəm:] Dilman mənimlə gəlsəydi, xəncərinin daşı düşməyəcəkdi ki? M.Hüseyn. Səninçün hörmətlə tərpənsə başı; Guya xəncərinin düşəcək qaşı. S.Rüstəm.
Pamukkale Azerbaijani to Turkish (ADT version)
xəncər
hançer
Last searches:
- roustabout,
- dalgalanmak,
- añılı,
- qutbarakali,
- hence,
- rağbet,
- bezmen,
- beyin,
- meymankana,
- Bade,
- yalmak,
- girovsuz,
- chigdürmek,
- consomme,
- ceyran,
- hamayıl,
- ýardam,
- tagay,
- ogurluk,
- sınır,
- Aftab,
- xəncər