turklehceleri.org

xəlq

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

xəlq

is. [ər.] klas.
1. Yaratma, yaradılış. • Xəlq etmək (eləmək) – yaratmaq, vücuda gətirmək. [Abbas:] Mənim meylim elə sənnən xoş olub; Nə xoş xəlq eyləyib yaradan səni. “Abbas və Gülgəz”. [Arif:] İnsanları xəlq etmədə var bəlkə də hikmət; İblisə nə hacət? H.Cavid. Xəlq olunmaq – yaradılmaq, vücuda gətirilmək. Cənab Mövlazadəyə bilmək lazımdır ki, arvad tayfası kişilərin məhz zövqü və ləzzət hissləri üçün xəlq olunmayıbdır. M.İbrahimov. O elmin qüvvəsilə xəlq olundu çap maşını; Basar saətdə övraq üstünə min cür əsər, millət! M.Möcüz.
2. bax. xalq. Ol ki yarın şəbi-hicrinə qiyamət günüdür; Xəlq arasında qiyamət günü olmazmı xəcil? Füzuli. [Asya və Telli:] Səy qıl kim, qala səndən; Xəlq içində yaxşı ad. Ü.Hacıbəyov. Əvvəlcə sənə söyləmiş idim bu kəlami; Yazma bu qədər jurnalına xəlqi-əvami. C.Cabbarlı.


Last searches: