turklehceleri.org

xəcil

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

xəcil

[ər.] klas. Xəcalətli, üzüqara. Hər tənə ki, eyləsən rəvadır; Səndən xəciləm, üzüm qəradır. Füzuli. Yüz cəfa gördün, vəli hərgiz şikayət etmədin; Hansı lütfündən xəcilsən nazlı yarın, ey könül! S.Ə.Şirvani. • Xəcil etmək (eyləmək) – xəcalətli etmək, utandırmaq, qızartmaq, başını aşağı etmək. [Yetər:] Sizi and verirəm Allahın birliyinə, məni Dilbər xanımın yanında xəcil eləməyin. N.Vəzirov. [Azər Reyhana:] And içirəm ki, səni düşmən qabağında xəcil etməyəcəyəm. Ə.Məmmədxanlı. Xəcil olmaq – utanmaq, sıxılmaq, xəcalət çəkmək. Rənalıq ilə qaməti-şümşadı qılan yad; Olmazmı xəcil sərvi-xuramanını görgəc? Füzuli. Oldu sünbüllər xəcil zülfi-pərişanın görüb; Qönçələr qan oldu ta ləli-dürəfşanın görüb. S.Ə.Şirvani. [Müfti:] Burda həqiqət sana aydın deyil; Bəlkə qiyamətdə olursan xəcil. H.Cavid.

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

xəcil

bax: xəcalətli
{bkz. xecaletli}


Last searches: