turklehceleri.org

xuraman

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

xuraman

sif. [fars.] klas. Nazla, əda ilə yeriyən, nazlana-nazlana, sallana-sallana yeriyən. Sərvi-azad qədinlə mənə yeksan görünür; Nəyə sərgəştə olan baxsa xuraman görünür. Füzuli. Dilqəməm, qarşıma çıxdı xuraman; Bir şəbi-yeldadə bir mahi-taban. Aşıq Dilqəm. • Xuraman olmaq – naz və əda ilə, nazlı-nazlı, sallana-sallana yerimək. Ey şaxi-gül, ol qaməti-mövzun həvəsindən; Çox sərv bu gülşəndə xuraman olacaqdır. Qövsi.
2. Sərvi-xuraman şəklində – klassik şeirdə gözəlin epitetlərindən biri. Lütf edibsən, məgər ey bad! Bu gündən böylə; Verəsən bir xəbər ol sərvi-xuramanımdan. Füzuli. Boyu yaraşıqlı, sərvi-xuraman; Əndamıdır ağ gül, sinəsi meydan. M.P.Vaqif. xuraman-xuraman zərf Nazla, əda ilə, sallana-sallana, nazlana-nazlana. Pəri Soltan xuraman-xuraman gəlib, özünü zindanın qapısına yetirdi. (Nağıl). Səs-səsə verəydi həzarə, bülbül; Düşəydi payinə bənövşə, sünbül; Xuraman-xuraman əlində də gül; Gəzəydin hər tərəf bağı, görəydim. Q.Zakir. Səhər vaxtı, yarəb! Nə gördüm ki, canan; Gəlir şadü xəndan, xuraman-xuraman. H.Cavid.


Last searches: