xox
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
xox!
(=xux!) dan.
1. Hədə, qorxu mənasında işlədilən nida. Xux, qorxdum səndən! – [Məşədi Səftər:] Xox, yeyərsiz məni, çox böyük adamlar gəlir. M.Əliyev. [Camal Həsənova:] Bura bax, ey, mənə nə eləyəcəksən? Xux, qorxdum səndən. M.İbrahimov. • Xox (xux) eləmək dan. – “xox” (“xux”) deyərək qorxutmaq. Hidayət, təkəbbürlə yeriyə-yeriyə .. özünü dartan oğlana tərəf əyilib, xox elədi.. B.Bayramov.
2. məc. Balaca bir şeydən qorxan, hürkən, çəkinən; qorxaq (adətən cəm şəklində işlənir). [Maarif müdiri:] Rüstəm kişi, get bu demaqogiyanı başqasına gəl, mənə yox. Mən sən deyən xoxlardan deyiləm. M.İbrahimov.