turklehceleri.org

xoruz

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

xoruz

is.
1. Toyuğun erkəyi. Kənd tamamilə yuxudan oyanmışdısa da xoruzlar səs-səsə verib banlaşırdılar. Ə.Vəliyev. Bütün həyətlərdə kəndin xoruzları banlaşırdı. Ə.Məmmədxanlı. // Toyuq cinsindən bəzi quşların erkəyi. Qırqovul xoruzu. – [Ovçu:] Ancaq bircə şərtim var: təkcə xoruzları vuracayıq. M.Rzaquluzadə.
2. məc. dan. Dalaşqan, davakar, savaşqan adam haqqında. • Xoruz kimi – 1) sifəti qıpqırmızı, sağlam adam haqqında. Xoruz kimidir; 2) davakar, dalaşqan, döyüşkən (adam). [Hürü:] Nə olacaq, dəli qudurmuş atan təzədən genə çarxı xoruz kimi girib meydana, qoymaz görək dərdimiz nədir? N.Vəzirov. ‣ Xoruz banı – sübh tezdən, alaqaranlıq. Üçüncü xoruz banı gecədən xeyli keçdiyini xəbər verdi. Heç kəs yatmaq istəmirdi. R.Rza. Səhər [yolçu] xoruz banında ayıldı. Ə.Məmmədxanlı. Xoruz banına kimi (qədər) – səhərə kimi, işıqlaşana qədər. Aralarında heç bir inciklik olmayıbmış kimi, ata ilə oğlunun şirin söhbəti xoruz banına kimi uzandı. Ə.Abasov. Xoruz səsi eşitməmiş (eşitməyən) – heç kəsin bilmədiyi, eşitmədiyi, görmədiyi, təptəzə. Sən özün bilirsən ki, mən həmişə elə söz deyirəm ki, qəribə olsun, təzə olsun, heç kəsin eşitmədiyi, bilmədiyi, danışmadığı olsun. Xoruz səsi eşitməmiş söz olsun. “Mol. Nəsr.”. Hər gün bu kimi yeni-yeni xoruz səsi eşitməyən xəbərləri alan telefonçu Əsgər, öz dostlarının qabağında xəcalət çəkməzdi. S.Rəhimov. Xoruza yükləmək, xoruza yük eləmək – var-yoxunu əlindən almaq, müflis eləmək, soymaq. [Ağa Kərim xan:] A gədə, Səfərəli, sənin qəsdin, balam, odur ki, məni xoruza yükləyəsən. N.Vəzirov. [Səlim bəy Nəcəf bəyə:] Gəlmişəm görüm, səni də bir xoruza yükləyə bilərəmmi? Ə.Haqverdiyev. Gör hələ bunları necə xoruza yükləyəcəyəm. S.Rəhimov. Xoruzu qoltuğuna verilmək – qovulmaq, işdən qovulmaq. Müdirin də xoruzu; Verildi qoltuğuna; Peşiman oldu özü; Bu müdir olduğuna. Ə.Cavad. Xoruzun quyruğu görünür – aşkar olur, üstü açılır, görünür (gizli saxlanılmalı olan şey haqqında). [Qərib:] Yox əşşi, burda xoruzun, vallah, quyruğu görünür. Ə.Əbülhəsən. Xoruzunu qoltuğuna vermək – qovmaq, işdən qovmaq. [Xəlfə:] Süleymanı bu vaxtadək heç bir yıxan olmamışdı, [Dursun] elə verdi xoruzunu qoltuğuna.. C.Cabbarlı.

Pamukkale Azerbaijani to Turkish (ADT version)

xoruz

horoz


Last searches: