turklehceleri.org

xilqət

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

xilqət

is. [ər.]
1. Yaradılma, yaradılış. Dünyayə gələn getmək üçündür, bu nə qəmdir; Bir fikr elə, bu xilqəti-aləm nə üçündür. S.Ə.Şirvani. Xoşdur xilqətdəki hər gözəlliyi; Ürəkdən duyaraq anlaya bilmək! M.Müşfiq. Minlərcə gözəl olsa da hər millət içində; Olmaz sənə bənzər, gözəlim, xilqət içində. Ə.Vahid.
2. Birinin təbiətində, yaradılışında olan hal, xüsusiyyət; təbiət, yaradılış. Bu xasiyyət onun xilqətində var. Bu adamın xilqəti belədir. – ..Ürək də qəribə xilqətdir deyən; Bəzən öz istəyi özünə yükdür. M.Araz.

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

xilqət

yaradılış, təbiət
{yaratılış, tabiat}

Pamukkale Azerbaijani to Turkish (ADT version)

xilqət

fıtrat


Last searches: