turklehceleri.org

xeyirdua

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

xeyir-dua

is. [ər.] Səadət, xoşbəxtlik, xoşgün, uğur diləyi. ..Qazı əvvəl başladı nəsihəti və xeyir-duasını; sonra nəçərnik özü başlayıb bir xütabə oxudu.. C.Məmmədquluzadə. Qayınatası da gəlinin üzünə qarşı xeyir-dualar söyləyəcəkdir. R.Əfəndiyev. Şəhid rütbəsinə qalxan cavanlar; Sinəsi hər zülmə qalxan cavanlar; Böyük Nəsiminin, ulu Babəkin; Xeyir-duasını aldı o gecə. B.Vahabzadə. • Xeyir-dua vermək (demək, eləmək) – birinə səadət, xoşbəxtlik arzulamaq, uğurlar diləmək. Usta Zeynal Mirzə Səfərin oğluna xeyir-dua verib, yaxşı yol ilə müvəffəqiyyət diləyib bir qızıl saat da peşkəş verdi. Ə.Haqverdiyev. Hüseynin anası xeyir-dua eləyə-eləyə oğlu ilə bərabər qapıdan çıxdı. S.Rəhman.


Last searches: