xaxa
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
xa-xa
(=xa-xa-xa) nida. Gülüş, qəhqəhə bildirmək üçün işlədilən təqlidi söz. [İskəndər:] Allahın iti də mənim sözümə baxmır, nə qədər elədim, içəri girmədi. Xaxa-xa (qah-qah çəkib gülür). C.Məmmədquluzadə. Xa-xa-xa!.. Məşədi Nemətqulu 10 min manat, Kərbəlayı Ağa Hacı 10 min manat, xa-xa-xa... necədir, Ağa Dərviş? Xa-xa-xa!.. N.Vəzirov. [Süleyman:] Mən də elə bilirəm, bir qoyun şaqqası yeyiblər, xaxa-xa! Ə.Haqverdiyev.