xatircəm
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
xatircəm
sif. və zərf [ər.] Arxayın, sakit, rahat, asudə. Xatircəm yaşamaq. – [Mirzə:] Balalarım, dünyada mən çox ömür etmişəm, sizin yolunuzda nə qədər çalışıb məramıma çatmışam və xatircəm, qeydsiz dünyadan gedirəm. Ə.Haqverdiyev. Şahsənəm çolpa-cücələrini qanadının altına alıb, xatircəm yatmışdı. S.M.Qənizadə. • Xatircəm etmək – arxayın etmək, sakitləşdirmək. Kosa klub müdirini xatircəm edib geri qaytardı. S.Rəhimov. Xatircəm olmaq – rahat olmaq, arxayın olmaq, sakit olmaq. [Əhməd:] Qızım, mənim nə oğlum var, nə də qızım, səni sınayırdım, xatircəm ol, Qəribini tapıb sənə yetirərəm. “Aşıq Qərib”. Şah övrət-uşağı tərəfindən xatircəm oldu. M.F.Axundzadə. [İsmət:] Getmiş, mollanı bulsun; Məktubu oxutsun, xatircəm olsun. H.Cavid.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
xatircəm
I. əmin, arxayın
{emin, kaygısız}
II. möhkəm, qəti, əzmli
{muhkem, kati, azimli}