turklehceleri.org

xatabala

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

xata-bala

is.
1. Xata, qorxu, təhlükə; xətərli, təhlükəli iş. Xata-baladan uzaq olmaq. – [Ağca:] [Tapdığı] xata-baladan mənim duam saxlayıb. Ə.Əbülhəsən.
2. Dərd, bəla, müsibət, bədbəxtlik. [Sənəm:] Belə mənim dörd balamın dördünün də xata-balası, azarı tökülsün sənin bircə qardaşının üstünə! Ə.Haqverdiyev. ‣ Xata-baladan uzaq qalmaq (olmaq) – xatalı, təhlükəli bir işdən, hadisədən uzaqda qalmaq, salamat qalmaq. Arxada, yaxşı bir vəzifədə xata-baladan uzaq qalmaq ona qismət olmamışdı. Ə.Əbülhəsən. Xata-baladan uzaq olasan! – birinə salamatlıq arzusu bildirən ifadə.

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

xata-bala

təhlükə, qorxu, xətər, fəlakət, müsibət, zaval
{tehlike, korku, çekince, felaket, musibet, bela}


Last searches: