turklehceleri.org

xasiyyət

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

xasiyyət

is. [ər.]
1. İnsanın hərəkət və davranışlarında özünü göstərən əsas və ən sabit psixik xassələrinin səciyyəsi xüsusiyyətlərinin məcmusu, təbiətində olan xüsusiyyət, xarakter. Yumşaq xasiyyət. Sərt xasiyyət. – Üz bürüməz yar yarını görəndə; Bu xasiyyət nədi, bilməzəm səndə? Q.Zakir. Atalar demişkən: “Atı atın yanına bağlarsan, ya halını götürər, ya xasiyyətini”. C.Məmmədquluzadə. Nola, gər atəşi-eşq ilə yansaq, şöləmiz yoxdur; Bu xasiyyət bizə nə şəm, nə də pərvanələrdəndir! Ə.Vahid.
2. Bir şeyə xas olan hal, xüsusiyyət. Sənə həm gül verir, həm də qar verir; Budur xasiyyəti bizim dağların. S.Rüstəm. Bu yerlərə yaxşı bələd olan Şahin dumanın da xasiyyətini bilirdi. B.Bayramov.

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

xasiyyət

I. təbiət
{tabiat}

II. xassə, xüsusiyyət, sifət, ləyaqət, dəyer, keyfiyyət, mahiyyət
{özellik, hususiyet, sıfat, liyakat, değer, kalite, mahiyet}

Pamukkale Azerbaijani to Turkish (ADT version)

xasiyyət

huy, mizaç, yaradılış


Last searches: