turklehceleri.org

xanədan

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

xanədan

is. [fars.]
1. Qohumluq, ya vərəsəlik hüququna əsasən taxtda ardıcıl surətdə bir-birini əvəz edən hökmdarlar sülaləsi. [Qətibə:] O ancaq məni məhv etdi, mənsə bütün Eldəniz xanədanını məhv edəcəyəm. M.S.Ordubadi. [Qazı Turxan bəyə:] Atadan-babadan sizin namuslu, heysiyyətli bir xanədan olduğunuzu bütün vilayət bilir.. H.Cavid. Fərmanın həqşünas baxışı Mir Haşıma dikildi. Bu baxışı ilə o, sanki ağanın Qacar xanədanına və səltənət məqaminə etdiyi bu yaxşılığın hədər yerə getməyəcəyini anlatmaq istəyirdi. P.Makulu.
2. məc. Bir yerdə yaşayan böyük ailə, nəsil; xaniman. [Pəricahan xanım:] Xanədanımızda ən müti, ən fədakar sayılan Hadi lələ də yox olmuşdur. S.S.Axundov. Artıq bu xanədanın dağılacağını bildirən zəlzələnin əlamətləri hiss edilməkdədir. M.İbrahimov.

Pamukkale Azerbaijani to Turkish (ADT version)

xanədan

hanedan


Last searches: